Rumıniyada “HIMARS” sistemləri üçün xidmət mərkəzi açıldıbackend

Rumıniyada “HIMARS” sistemləri üçün xidmət mərkəzi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyanın Bakeu şəhərindəki “Aerostar” təyyarə zavodunda “HIMARS” raket sistemləri üçün milli xidmət mərkəzi açılıb.

İnterpress.az xəbər ki, bu barədə Rumıniya Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Lockheed Martin” və “Aerostar” arasında əməkdaşlığın nəticəsi olan Bakeu mərkəzi Rumıniyanın ABŞ hökumətindən aldığı “HIMARS” sistemlərinə texniki xidmət göstərəcək”, – məlumatda deyilir.

Açılış mərasimində iştirak edən ölkənin müdafiə naziri Ancel Tılvar bildirib ki, belə bir mərkəzin Rumıniyada yerləşdirilməsi ölkə üçün strateji üstünlükdür.