Rusiya Abxaziyadan naringi idxalını qadağan edib.
İnterpress.az xəbər verir ki, bu barədə Abxaziyanın baş naziri vəzifəsini icra edən Valeri Bqanba bildirib.
Abxaziyada rus sanitar xidmətlərinin qərarına istinad ediblər, guya sitrus meyvələrində “zərərli maddə” tapılıb.
Abxaziyada onun naringilərdə olmasını rədd edirlər. Rusiya Federasiyası hələlik idxal qadağasını rəsmən təsdiqləməyib.
Rosselxoznadzor bəyan edib ki, Abxaziyadan naringi idxalına qadağa qoymayıb.
Xuraman Etibarlı
İnterpress.az