Rusiyada texniki səbəblərdən hər ikinci Airbus neo uçuşunu dayandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya aviaşirkətləri 34 Airbus A320/A321neo təyyarəsində uçuşları dayandırıblar. Bu, Rusiyadakı bu bütün təyyarə ailəsinin yarısından çoxdur (66).
Bəzi təyyarələr yüksək mövsümə qədər mühərrikin ömrünü saxlamaq üçün ehtiyata salınıb Lakin 15-20 təyyarə heç vaxt uçuşa qayıtmaya bilər.
Problemli mühərriklər mürəkkəbliyinə görə Rusiyada təmir oluna bilməz, sanksiyalara görə ölkəyə gətirilə bilməz.
A320/A321neo-nun genişmiqyaslı istismardan çıxarılması 2026-cı ilin əvvəlində mümkündür.
Xuraman Etibarlı
İnterpress.az