Rusiya bizə hücuma icazə verib.
İnterpress.az xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan sonuncu mətbuat konfransında Rusiya ilə münasibətlərdən və Qarabağdakı müharibədən danışıb.
“Əgər sən özünü yaxşı aparmasan, mən (Rusiya) yumruğumu çəkəcəm və görün nə baş verəcək. Və bu, (Qarabağdakı müharibə) baş verdi”, – Paşinyan deyib.
Xatırladaq ki, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Bolton İrəvana gələrək 2018-ci il oktyabrın 25-də keçirdiyi brifinqdə birbaşa bildirib ki, ABŞ 2019-cu ilin əvvəlində Qarabağ məsələsinin həlli üçün N.Paşinyana möhlət verib.
Boltonun sözlərinə görə, , Paşinyan bunu yerinə yetirəcəyinə söz verib, amma nəticədə öhdəliklərini yerinə yetirməyib və 2020-ci ildə müharibə başlayıb.
Xuraman Etibarlı
İnterpress.az