Rusiya Ermənistandan üz çevirir: “Hazırda Moskva Bakı ilə əməkdaşlığı daha üstün tutur”backend

Rusiya Ermənistandan üz çevirir: “Hazırda Moskva Bakı ilə əməkdaşlığı daha üstün tutur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Türkiyə Gürcüstana Rusiyadan artan təzyiqlərin azaldılması və Tbilisinin təhlükəsizlik çətiri altında saxlanılması üçün səylərini əsirgəmirlər”.

Bunu ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfərini dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığının müttəfiqlik zəmininə çatması üçün zaman yetişib:

“Tbilisi Azərbaycan-Ermənistan münasibətlərinin tənzinlənməsi prosesində vasitəçilik niyyətindədir. Lakin bu, Gürcüstanın şəxsi təşəbbüsü yox, Qərbin onun qarşısında qoyduğu təlimatlar “kitabçasının” ruhundan irəli gəlir. Həmin bu konseptual baxışları açsaq, Gürcüstan Rusiya və Qərblə münasibətlər sistemində balanslı akta ehtiyac hiss edir. Tbilisi bunun üçün yaxşı nümunəyə, yəni Azərbaycanın xarici siyasət modelinə müraciət edir və İlham Əliyevin qənaətlərini öyrənir. Rusiyanın da, Qərbin də Tbilisi üzərində əhəmiyyətli təsir rıçaqlarını saxlamaq üçün kəsişən maraqları Azərbaycan və Türkiyənin Kreml-Gürcüstan əlaqələrinin normallaşmasında birgə tarazlaşdırıcı mövqe tərtib etməsinə rəvac verir.
Azərbaycan və Türkiyə Gürcüstana Rusiyadan artan təzyiqlərin azaldılması və Tbilisinin təhlükəsizlik çətiri altında saxlanılması üçün səylərini əsirgəmirlər. Bunun isə səbəbləri var. Gürcüstan Azərbaycanla Türkiyə arasındakı enerji və Bakı-Tbilisi-Qars dəmir yolu arteriyasını təmin edən tranzit ölkədir. Həmçinin Gürcüstanda yaşayan azərbaycanlılar amili Bakı və Ankara üçün bu ölkəyə münasibətdə etnik müstəvi üzrə vahid proqram hazırlamaq prioritetlərini təqdim edir.

Siyasi şərhçi vurğulayıb ki, Gürcüstandakı erməni amili Rusiyanın etnik münaqişələr ssenarisinin icrası üzrə təhlükəli kartdır:

“Düzdür, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinə nisbətdə etnik erməni kartına olan simpatiyasını hiddətlə əvəzləyib və hazırda Moskva Bakı ilə əməkdaşlığı daha üstün tutaraq İrəvanı təcriddə boğur. Bununla belə, etnik mövzular Rusiya dövlət siyasətinin mahiyyətindən uzaqlaşmayıb və indi ən həssas regionlardan biri də məhz Gürcüstandır. Erməni kartının aktivləşməsi Cənubi Qafqaz regionu üçün əlavə probemlər yaradan zəncirin bir həlqəsinə çevrilə bilər. Lakin İlham Əliyev bunun qarşısını almaqdan ötrü Tbilisi ilə sıxlaşan dialoqların konkret nəticələr bərqərar etməsinə üstünlük verməkdədir. Artıq Azərbaycan həm öz təşəbbüsləri, həm də Türk Dövlətləri Təşkilatının prinsiplərindən irəli gələrək dünya üzrə səpələnən azərbaycanlıların hüquqlarının müdafiəsini öz siyasətinin mərkəzinə proyeksiya edir. Bu mənada İranın Gürcüstandakı azərbaycanlıların potensialından öz xeyrinə yararlanmaq cəhdlərinin arxasında yaxşı niyyətlər durmadığını həm Bakı, həm də Ankara gözəl bilir. Ən böyük hədəflərdən biri Bakı-Tbilisi strateji tərəfdaşlığını Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli müttəfiqlik səviyyəsinə çatdıracaq fikirlərin inkişaf etdirilib nəticə hasil edilməsidir. Tbilisi reallaşması planlaşdırılan Zəngəzur dəhlizinə qoşulmaq qərarını açıqlamaqla Azərbaycan-Türkiyə-Gürcüstan damarına töhfə verə bilər”.