Rusiya İrandan aldığı dronların sayını artırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilir ki, Rusiya Federasiyasının Ukraynaya qarşı istifadə etdiyi İran “Şahed” dronlarının sayı ötən illə müqayisədə təxminən 4 dəfə artıb.
Qeyd olunur ki, 2023-cü il yanvarın 1-dən mayın 9-dək 425, 2024-cü ilin eyni dövründə isə 1664 şahaddan istifadə edilib.
Xuraman Etibarlı
İnterpress.az