Rusiya XİN Mərkəzi Asiyada “rəngli inqilablar” təhlükəsi ELAN ETDİbackend

Rusiya XİN Mərkəzi Asiyada “rəngli inqilablar” təhlükəsi ELAN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və müttəfiqlərinin siyasəti Mərkəzi Asiya ölkələrində “rəngli inqilablara” səbəb ola bilər.

İnterpress.az xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Valday Beynəlxalq Diskussiya Klubunun IV Mərkəzi Asiya Konfransının açılışında deyib.

“Biz görürük ki, Vaşinqtonda və Brüsseldə onlar ən vacib vəzifəni həll etmək üçün – regionun resurs bazasına çıxış əldə etmək və ona bitişik nəqliyyat arteriyalarına, eləcə də sudan istifadə sisteminə nəzarət etmək üçün vicdansız oyun oynayırlar.

Biz ona əsasən fikirləşirik ki, bu məqsədlərə nail olduqdan sonra Mərkəzi Asiya ölkələrinin hökumətləri Qərblə yoldaş olmaqdan əl çəkəcək və müvafiq olaraq rəngli inqilablar təhlükəsi özünü tam şəkildə büruzə verəcək”, – Qaluzin bildirib.

“Rəngli inqilab” böhran və kütləvi etirazlar nəticəsində siyasi rejimlərin dəyişməsini ifadə etmək üçün yaranmış termindir.

Xuraman Etibarlı

İnterpress.az