Rusiyada 15 yaşlı yeniyetməyə qarşı VƏHŞİLİK: 52 bıçaq zərbəsi ilə QƏTLƏ YETİRİLDİ – FOTObackend

Rusiyada 15 yaşlı yeniyetməyə qarşı VƏHŞİLİK: 52 bıçaq zərbəsi ilə QƏTLƏ YETİRİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Altayda 15 yaşlı yeniyetməyə 52 bıçaq zərbəsi ilə qətlə yetirilib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Rusiyanın Altay diyarının Ust-İşa kəndində 15 yaşlı Anton Z. adlı yeniyetmə vəhşicəsinə qətlə yetirilib.

Məlumata görə, yeniyetmə gecə saatlarında gəzintiyə çıxıb və daha sonra ailəsinin tanışlarından biri olan 40 yaşlı Vitalinin evinə gedib.

Orada o, tez-tez yeniyetmələri toplayaraq onlara alkoqollu içkilər alan 22 yaşlı Yevgeni ilə görüşüb.

Onlar arasında yaranan münaqişə qanlı sonluqla bitib. Antonu əvvəlcə döyən şəxslər, daha sonra ona bıçaqla hücum ediblər.

Yeniyetmənin bədənində 52 bıçaq yarası aşkar edilib.

Onun əlləri və üzü tanınmaz hala düşüb, barmaqları isə demək olar ki, kəsilib. Oğlan qaçmağa çalışsa da, qatillər onu yaxalayaraq öldürüblər.

Qətldən sonra cinayətkarlar izləri itirməyə çalışıblar: qan ləkələrini təmizləyib, uşağın paltarlarını yandırıblar və meyiti çaya atmağı planlaşdırıblar.

Lakin evə təsadüfən gələn kənd sakini dəhşətli mənzərəni görəndə planları alt-üst olub.

Bunu görən qatillərdən biri cinayətin üstünün açılacağını anlayaraq polisə məlumat verib.

Hazırda 22 yaşlı Yevgeni hərbi prokurorluğun nəzarətindədir. Vitali isə cinayəti gizlətməkdə ittiham olunmasına baxmayaraq, “şahid” qismində sərbəst buraxılıb.

O, dərhal kənddən qaçaraq qohumlarının yanında gizlənib.

Daha bir şok yaradan məqam isə uşağın anasına qarşı atılan addım olub.

Oğlunu itirən qadına polislər tərəfindən iki inzibati protokol tərtib edilib: yeniyetmənin gecə vaxtı evdən kənarda olması və alkoqol sərxoşluğu vəziyyətində olması səbəbi ilə ona cərimə yazılıb.

İctimaiyyət qətlin ağır olmasına baxmayaraq, cinayətkarlardan birinin sərbəst buraxılmasına və anaya cərimə yazılmasına kəskin etiraz edir. İstintaq davam edir.

Xuraman Etibarlı

İnterpress.az