Rusiyada 2 il əsirlikdə olan ukraynalı mühafizəçinin görüntüləri yayılıb.
İnterpress.az xəbər verir ki, “Mən yaşamaq istəyirəm” layihəsi 2022-ci ildə Kiyevə hücum cəhdi zamanı ruslar tərəfindən qaçırılan Çernobıl AES-in mühafizəçisi Roman Qorilikin fotosunu dərc edib.
O, iki il Rusiya həbsxanasında qaldıqdan sonra bu il mayın 31-də mübadilə çərçivəsində Ukraynaya qayıdıb.
Qorilik Milli Qvardiyanın üzvü kimi siyahıya alınmışdı. O, Çernobıl Atom Elektrik Stansiyasını qoruyan digər 168 Milli Qvardiyaçı kimi 2022-ci ilin martında əsir götürülərək Ukraynadan Belarus vasitəsilə aparılıb. Bu rəqəmin 89-u hələ də əsirlikdədir.
Xuraman Etibarlı
İnterpress.az