Rusiyada gəncliyi bərpa edən nadir göbələk tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, xalq arasında “cadugər qazanı” kimi tanınan “Sarcosoma globulus” Uralda aşkar edilib. Yerli sakin onu Nijni Tagil yaxınlığında göbələk toplayarkən görüb.
Xarici olaraq, göbələk üstü kəsilmiş bir çəlləyə bənzəyir, səthi məxmər kimi və qırışdır, içərisində torpaq yağı adlanan jele kimi bir maye var.
Göbələk xalq təbabətində, xüsusilə Uralda istifadə olunur. Üz və əlləri onunla örtür və əzələ və oynaqların xəstəliklərində istifadə edirlər.
Xuraman Etibarlı
İnterpress.az