Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.
İnterpress.az xəbər verir ki, qəzaya uğrayan Tu22M3-ün ekipaj üzvlərindən biri ölüb, iki ekipaj üzvü sağdır, xəstəxanada müalicələri davam etdirilir.
Məlumatı diyarın qubernatoru təsdiqləyib.
Hazırda 4-cü ekipaj üzvünün axtarışları davam edir.