Rusiyada kütləvi uçuş LƏĞVLƏRİ: 13 hava limanında vəziyyət GƏRGİNDİRbackend

Rusiyada kütləvi uçuş LƏĞVLƏRİ: 13 hava limanında vəziyyət GƏRGİNDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın cənubunda 13 hava limanı fəaliyyətini dayandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiyanın cənub bölgələrindəki 13 hava limanının işi müvəqqəti olaraq dayandırılıb. Buna səbəb pilotsuz uçuş aparatının (PUA) aeronaviqasiya idarəsinin inzibati binasına düşməsi olub.

Rəsmi qurumdan verilən açıqlamaya görə, insident zamanı heç bir personal xəsarət almayıb, işçilərin təhlükəsizliyi təmin edilib.

Hazırda mütəxəssislər ərazidə yoxlama aparır və avadanlıqların işlək vəziyyətdə olub-olmadığını araşdırırlar.

Uçuşların nə vaxt bərpa olunacağı barədə əlavə məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az