Dünən Moskva sakinini bıçaqlayaraq öldürən Azərbaycan vətəndaşının evindən 44 milyon rubl (təxm. 800 yüz min man.) və 300 min ABŞ dolları tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, Moskvanın cənub-şərqində Azərbaycan vətəndaşı tərəfindən gənc oğlanın öldürülməsi ilə bağlı cinayət işi açılıb. İşin istintaqı çərçivəsində paytaxtın İstintaq Komitəsinin müstəntiqləri tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Bu gün gecə saatlarında şübhəlinin mənzilində axtarış zamanı külli miqdarda – 44 milyon rubl və 300 min ABŞ dollarından çox pul aşkar edilərək götürülüb.
İstintaq onların kimə məxsus olduğunu müəyyən edəcək, həmçinin alınması və dövriyyəsinin qanuniliyini qiymətləndirəcək.
İstintaqın məlumatına görə, çərşənbə günü 21 yaşlı Şahin adlı Azərbaycan vətəndaşı Moskvanın Krasnodarskaya küçəsindəki evlərdən birinin girişində avtomobili səkidə saxlayıb.
Xatırladaq ki, Moskvada səs-küylü qətl hadisəsi aprelin 18-də baş verib. Maşını səkidə saxlayan avtomobilin sürücüsünə 25 yaşlı gənc irad tutub.
Buna cavab olaraq Şahin Abbasov bıçaqla həmin şəxsi vurub. Yaralı aldığı xəsarətlərdən xəstəxanada ölüb, cinayətkar qaçıb.
Son məlumata görə, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada motosikletçiyə bıçaqla hücum edərək onu öldürən azərbaycanlını saxlamağa nail olublar.
Xuraman Etibarlı
İnterpress.az