Rusiyada yeni Novorossiya federal bölgəsi yaradılacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski SPİEF-də bildirib. O deyib ki, Rusiyada yeni Novorossiya federal bölgəsi yaradılacaq.
“Buraya Krım, Sevastopol, Donetsk və Luqansk, həmçinin Xerson və Zaporojye vilayətləri daxil olacaq. Onu Novorossiya adlandırmaq olar. Bu federal dairə yeni ərazilərlə fəal şəkildə inkişaf edə bilər”, – Balitski qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az