“Hollandiyanı nüvə silahı ilə vurmalıyıq”.
İnterpress.az xəbər verir ki, bunu general deputat Andrey Qurulyov televiziyada çıxışında deyib. O deyib ki, Hollandiyanı raketlərlə vursaq, onda bütün Avropa diz çökəcək.
Generalın bu fikirləri rusları hiddətləndirib. Onlar sosial şəbəkələrdə deputatı tənqid atəşinə tutublar.
“Qurulyovu onların Rusiyaya cavabının nə olacağı maraqlandırmır. Onun nə vecinədir, onsuz da hər beşinci rusu öldürmək istəyir”, – deyə onlar yazıblar.
Xatırladaq ki, bundan əvvəl Hollandiya F-16-nı F-35 ilə əvəz edib və Rusiyaya nüvə zərbələri endirməyə hazırdır.
Xuraman Etibarlı
İnterpress.az