Rusiyalı jurnalist cinayət maddəsi ilə axtarışa verilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında məlumat yerləşdirilib.
Bildirilir ki, xarici agent kimi tanınan jurnalist Boqdan Bakaleyko cinayət maddəsi ilə axtarışa verilib.
Jurnalistin Telegram kanalında xarici agentlər üçün xüsusi lövhə olmadan silsilə yazılardan sonra cinayət işi başlanıb.
O, Rusiya Silahlı Qüvvələrinin dəfələrlə nüfuzdan salmasına görə xarici agent statusu alıb.
Xuraman Etibarlı
İnterpress.az