Rusiyalı keşiş miqrantları parazitlərlə müqayisə edib.
İnterpress.az xəbər verir ki, “Paradigma” verilişinin efirində keşiş Maksim Rusiyanın miqrasiya siyasətini tənqid edib. O, miqrantları qarın qurdlarına bənzədib və miqrasiya siyasətinin problemlərini həll etmək üçün çağırış edib.
Onun sözlərinə görə, başqa ölkələrdən gələn məktəblilərin pis nümunəsi üzündən ruslar təhsili dayandırır. Böyüklər isə getdikcə ağır işdən imtina edərək, bunu miqrantların öhdəsinə buraxırlar.
Keşiş Krokusda terror aktını da xatırladıb. Onun fikrincə, Birləşmiş Ştatlar “pul çıxarmaq üçün Rusiyaya gələn narazılara” sponsorluq edib.
Xuraman Etibarlı
İnterpress.az