Birinci Rusiya kanalının Ermənistanın ictimai multipleksində yayımı borca görə dayandırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediasına yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bildirib.
“Birinci Kanal, Qlobal Şəbəkə” şirkəti 2,5 aydır borcu yığılaraq müqavilə öhdəliklərini yerinə yetirməyib. Rusiya kanalının ictimai multipleksdə yayımı borc tam ödənilənə qədər müvəqqəti olaraq dayandırılıb”, – Ayrapetyan deyib.
Xuraman Etibarlı
İnterpress.az