“Rusiyanın Qazaxıstana tarixi hüquqları var” – Dövlət Dumasının vitse-spikeribackend

“Rusiyanın Qazaxıstana tarixi hüquqları var” – Dövlət Dumasının vitse-spikeri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy Qazaxıstanı rusofobiyada ittiham edib.

İnterpress.az xəbər verir ki, bu barədə o, “Komsomolskaya Pravda” radiosunun efirində bildirib.

Tolstoy deyib ki, Qazaxıstan şəhərləri əslən rusundur, ona görə də Rusiya Federasiyasının onlara tarixi hüquqları var.

Rusiyalı siyasətçinin dediyinə görə, Moskva Ukrayna mövzusunu “bağlamasa”, Qazaxıstanla, Ermənistanla və Rusiya Federasiyasını əhatə edən digər ölkələrlə problemləri olacaq.

Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun Qazaxıstana qarşı bu cür təxribat xarakterli bəyanatları qazaxıstanlı siyasətçilərin kəskin reaksiyasına səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az