Rusiyaya sanksiyaları bu halda ləğv ediləcək – ABŞ açıqladıbackend

Rusiyaya sanksiyaları bu halda ləğv ediləcək – ABŞ açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskva Ukraynada əməliyyatı dayandırsa, ABŞ Rusiya Federasiyasına qarşı bir çox sanksiyalar aradan qaldırılacaq”.

İnterpress.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi deyib.

O bildirib ki, sanksiyalar daimi nəzərdə tutulmayıb.

“Sanksiyalar bir vasitədir. Əgər biz Rusiyanın əməliyyatları dayandırmasını görsək, Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü bərpa etmək baxımından nəticələri görsək, sanksiyalar ləğv ediləcək”, – deyə ABŞ rəsmisi qeyd edib.