Çində iki sabiq müdafiə naziri rüşvətxorluq ittihamı ilə ölüm cəzasına məhkum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.
Çin məhkəməsi rüşvətxorluqda təqsirli bilinən iki keçmiş müdafiə naziri – Vey Fenxe və Li Şanfunu ölüm cəzasına məhkum edib.
Agentliyin məlumatına görə, hökmün icrası iki il müddətinə təxirə salınıb.
İki illik təxirəsalma müddəti başa çatdıqdan sonra cəza vaxtından əvvəl azadlığa buraxılma hüququ olmadan ömürlük həbs cəzası ilə əvəzlənəcək.
Sabiq nazirlərin bütün şəxsi əmlakı müsadirə edilib.
Xuraman Etibarlı
İnterpress.az






