Dağıstanın Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərov övladlarının vəhhabi olduğunu bir neçə ildir bildiyini deyib.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Ömərovun 8 oğlu var.
Dindirmə zamanı o, oğlanlarının qardaşı oğlu kimi vəhhabi olduqlarını bildiyini bildirib.
Son illər Ömərovun onlarla əlaqə saxlamadığı iddia edilir. Dindirmə zamanı məmur müstəntiqləri əmin edib ki, özünü bu hərəkatın üzvü hesab etmir.
Müstəntiqlər hesab edirlər ki, Mahaçqala və Dərbəndə hücum ayrı-ayrı gizli hücrələrin təzahürüdür və hücum istihadiyyə (radikal İslamda şəhidlik) kimi şərh edilə bilər.
Xuraman Etibarlı
İnterpress.az