Sergey Rebrov Andrey Yermak üçün 680 min dollar GİROV ÖDƏDİbackend

Sergey Rebrov Andrey Yermak üçün 680 min dollar GİROV ÖDƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sergey Rebrov Andrey Yermakın azadlığa buraxılması üçün təqribən 680 min dollar girov ödəyib.

İnterpress.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Ukrayna milli komandasının sabiq baş məşqçisi və tanınmış futbolçu Sergey Rebrov Ukrayna Prezidentinin Ofisinin sabiq rəhbəri Andrey Yermakın azadlığa buraxılması üçün 680 min dollar (təxminən 1 156 000 manat) məbləğində girov ödəyib.

Rebrov əvvəllər açıq şəkildə bildirmişdi ki, onun milli komandanın baş məşqçisi vəzifəsinə qayıtmasını Yermak təşəbbüskarı olub.

Məlumata görə, Yermakın azadlığa çıxması üçün ümumilikdə toplanan girovun məbləği artıq 1 milyon dolları (təxminən 1 700 000 manat) keçib.

Andrey Yermakın məhkəmə prosesi davam edir və onun gələcək taleyi ilə bağlı qərarlar ictimaiyyətin diqqət mərkəzindədir.

Xuraman Etibarlı

İnterpress.az