“Sərhəddə atışma danışıqlar masası arxasında oturanları narahat edir”.
İnterpress.az xəbər verir ki, bunu aprelin 8-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri, “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Andranik Koçaryan deyib.
O bildirib ki, sərhəddə atışma danışıqlar masası arxasında oturanların işlərinin faktiki mərhələlərinə yaxınlaşmasına mane olur.
Onun sözlərinə görə, son günlər Azərbaycanla sərhəddə baş verən atışma heç bir problemi həll etmir, sadəcə atışmadır.
“Əlbəttə, müharibə başlasa, biz sərhədlərimizi qoruyacağıq, ölkəmiz başqa rejimə keçəcək”, – deputat əlavə edib.
Koçaryan Azərbaycana qarşı hər hansı sanksiya tətbiq edilmədiyindən narazılığını da bildirib.
Xuraman Etibarlı
İnterpress.az