Sidney Moda Həftəsində MARAQLI HADİSƏ: Üzməyə gedən şəxs PODİUMA ÇIXDI – VİDEObackend

Sidney Moda Həftəsində MARAQLI HADİSƏ: Üzməyə gedən şəxs PODİUMA ÇIXDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sidney Moda Həftəsində yoldan keçən şəxs podiumun ən maraqlı iştirakçısına çevrilib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Avstraliyanın Sidney şəhərində keçirilən moda həftəsi zamanı gülməli və maraqlı bir hadisə yaşanıb. Çimərliyə üzməyə gedən yerli sakin təsadüfən moda nümayişinin keçirildiyi əraziyə düşüb.

Baş verənlərdən xəbərsiz olan avstraliyalı, moda nümayişini görən kimi çaşqınlıq yaşasa da, özünü itirməyib.

O, kameralara əl sallayaraq, modellərlə birlikdə podiumda gəzib və heç nə olmamış kimi sakitcə yoluna davam edərək üzməyə gedib.

Sosial şəbəkələrdə geniş yayılan bu görüntülər istifadəçilər tərəfindən maraqla qarşılanıb və “günün ən uğurlu modeli” kimi qiymətləndirilib.

Xuraman Etibarlı

İnterpress.az