Şimali Koreya Cənubi Koreya ilə sərhəddə dəmir yolunu sökməyə başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə çərşənbə günü “Tona İlbo” qəzeti respublikanın Milli Kəşfiyyat Xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Şimali Koreya hakimiyyəti iki dövlət arasında əlaqələrin kəsilməsinin simvolik jesti olaraq ölkənin cənub-şərqində Koreya Respublikası (KR) ilə sərhəd yaxınlığındakı dəmiryol şpallarını sökməyə başlayıb.
Qəzetin yazdığına görə, Şimali Koreya Koreya yarımadasının şərq sahilləri ilə keçən yolda sərhəd zonasında dəmiryol şpallarını söküb.
Bu yol 2006-cı ildə KXDR və Koreya Respublikasının 2000-ci ildə Koreyalararası sammitində qəbul edilmiş Birgə Bəyannamənin qərarlarının icrası çərçivəsində açılıb.
Keçən ilin sonunda Şimali Koreya lideri Kim Çen In “Koreya Respublikası ilə əlaqələri kəsdiyini” elan edib.
Xuraman Etibarlı
İnterpress.az