“Yük Taksisi.Az” MMC “MSDIS Holding” MMC-ni məhkəməyə verib.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Belə ki, şirkət daşıma müqaviləsi üzrə mübahisələrə görə məhkəməyə tələb irəli sürüb.
İddia hakim Kənan Hüseynov icraatına verilib.
Məhkəmənin vaxtı hələlik təyin edilməyib