Şöbə müdiri: Erkən nikahların qarşısının alınması üçün qanunvericilik daha da təkmilləşdirilməlidirbackend

Şöbə müdiri: Erkən nikahların qarşısının alınması üçün qanunvericilik daha da təkmilləşdirilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erkən nikahların qarşısının alınması üçün qanunvericilik daha da təkmilləşdirilməlidir.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova qohum evlilikləri ilə bağlı təşkil edilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, Dövlət Komitəsi apardığı maarifləndirmə tədbirləri sayəsində erkən nikahlarla bağlı cəmiyyətdə mənfi münasibət formalaşdıra bildi: “Nəticədə erkən nikahlar 5-6 dəfə azaldı. Amma indiki statistika yenə də ürəkaçan deyil. Problemin azalmasında əsas rolu qanunvericiliyə edilən dəyişikliklər oynadı. Nikah yaşının artırılması önəmli oldu. Yenə də qanunvericilikdə boşluqlar qalmaqdadır və bunun aradan qaldırılması üçün çalışırıq”.