Son 3 gündə 4 min iranlı Suriyadan İslam Respublikasına qayıdıb.
İnterpress.az xəbər verir ki, bu barədə İran hökumətinin mətbuat katibi Fatimə Mohacerani bildirib.
Əsəd rejiminin süqutundan sonra son 3 gündə təqribən. 4 min iranlı Suriyadan İslam Respublikasına qayıdıb.
O, Suriyadan qayıdan iranlıların əksəriyyətinin dini ziyarətgahların ziyarətçiləri, bəzilərinin isə ticarət və sənaye şirkətlərinin işçiləri olduğunu vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az