Suriyanın 3 yüksək rütbəli məmuru Fransada məhkəmə qarşısına ÇIXARILIRbackend

Suriyanın 3 yüksək rütbəli məmuru Fransada məhkəmə qarşısına ÇIXARILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın üç yüksək rütbəli məmuru bu gün Fransada qiyabi məhkəməyə çıxarılacaq.

İnterpress.az xəbər verir ki, bu barədə “Fransa 24” telekanalı məlumat yayıb. Bildirilir ki, Suriyanın üç yüksək rütbəli məmuru bu gün Fransada hərbi cinayətlərə görə qiyabi məhkəmə qarşısına çıxarılacaq.

Onların arasında Suriya prezidentinin milli təhlükəsizlik üzrə müşaviri, Suriya Məmlük kəşfiyyatının keçmiş rəhbəri də var.

Onlar insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində şərik olmaqda ittiham olunurlar. Bu, ilk dəfədir ki, Suriya rəsmisi hərbi cinayətlər ittihamı ilə mühakimə olunacaq.

Xuraman Etibarlı

İnterpress.az