Tacikistan vətəndaşlarına Qazaxıstandakı yoxlamalarla bağlı XƏBƏRDARLIQ ETDİbackend

Tacikistan vətəndaşlarına Qazaxıstandakı yoxlamalarla bağlı XƏBƏRDARLIQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistan vətəndaşlarına Qazaxıstandakı yoxlamalarla bağlı xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, bu barədə Tacikistan mediası məlumat yayıb. Bildirilir ki, Tacikistan Xarici İşlər Nazirliyi vətəndaşlara Qazaxıstanın hava limanlarında gücləndirilmiş yoxlamalar və təhlükəsizlik tədbirləri barədə xəbərdarlıq edib.

Agentlik onlara üzərində bütün lazımi sənədlərin olmasını və sərhədçilərin suallarını cavablandırmağa hazır olmağı tövsiyə edib.

Qeyd edək ki, mayın 5-də 9 Tacikistan və 7 Özbəkistan vətəndaşı müvafiq icazə və sənədlər olmadan işlədikləri üçün Qazaxıstandan deportasiya edilib.

Xuraman Etibarlı

İnterpress.az