Tacikistanda SEL FƏLAKƏTİ: Kalfi Sabad ərazisi sular altında QALDI – VİDEObackend

Tacikistanda SEL FƏLAKƏTİ: Kalfi Sabad ərazisi sular altında QALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistanın Yavan rayonunda sel nəticəsində Kalfi Sabad ərazisi sular altında qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Tacikistanın Yavan rayonunun Kalfi Sabad yaşayış məntəqəsində dünən başlayan intensiv yağışlar dağıdıcı selə səbəb olub. Təbiət hadisəsi nəticəsində bölgədə ciddi fəsadlar yaranıb.

İlkin məlumatlara görə, əraziləri su basıb və infrastruktur ciddi ziyan görüb.

Hazırda təbii fəlakətin miqyasının dəqiqləşdirilməsi və zərərçəkənlərə yardım göstərilməsi istiqamətində işlər görülür.

Xuraman Etibarlı

İnterpress.az