Tayvan: Adanın ətrafında 43 Çin hərbi təyyarəsi və 7 döyüş gəmisi aşkar edilibbackend

Tayvan: Adanın ətrafında 43 Çin hərbi təyyarəsi və 7 döyüş gəmisi aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvan Müdafiə Nazirliyi dünən gecədən bu gün səhərə qədər Tayvan adası ətrafında 43 Çin hərbi təyyarəsi və 7 döyüş gəmisinin aşkar edildiyini bildirib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Açıqlamada 4 ədəd “J-10” tipli döyüş təyyarəsi Tayvan boğazında nominal “orta xətti”, 6 ədəd “SU-30” tipli döyüş təyyarəsi, 16 ədəd “J-16” tipli döyüş təyyarəsi, 4 ədəd “H-6K” tipli döyüş təyyarəsi keçib.

Adanın ətrafında 7 Çin döyüş gəmisinin göründüyü, təyyarə və gəmilərin döyüş təyyarələri, patrul gəmiləri və raket sistemləri ilə izlənildiyi ifadə edilib.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin 2022-ci ilin avqustunda Tayvana səfərindən sonra Çin ordusu ada ətrafında hərbi patrul fəaliyyətlərini və ADIZ ilə “orta xətt” üzrə uçuşları nizamlayıb.

Çoxlu sayda hərbi texnikanın hərəkətliliyi sonuncu dəfə oktyabrın 27-də, adanın ətrafında 35 təyyarə və 15 gəmi aşkar edildikdə görülüb.

Çin Tayvan adasını öz ərazisinin bir hissəsi, Tayvan boğazını isə ərazi suları hesab edir və adanın materiklə birləşdirilməsi üçün lazım gələrsə, güc tətbiqini istisna etməyəcəyini vurğulayır.

Tayvan 1949-cu ildən, Çin Xalq Respublikası qurulandan bəri faktiki müstəqilliyə malikdir. Vətəndaş müharibəsindən sonra materik Çin və Tayvan arasında yaranan ayrılıq hələ də davam edir.