Teleaparıcıya CİNAYƏT İŞİ AÇILDIbackend

Teleaparıcıya CİNAYƏT İŞİ AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Teleaparıcı Viktoriya Bonyaya narkotik təbliğatı ilə bağlı ittiham irəli sürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə 184-cü Sülh Cəza Məhkəməsindən məlumat verilib.

Moskva Sülh Məhkəməsi portalının iş materiallarına əsasən, teleaparıcı və bloqer Viktoriya Bonyaya qarşı narkotik təbliğatı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

İş mayın 28-də məhkəmədə qeydə alınıb. Məhkəmə iclası iyunun 26-na təyin edilib. Bu maddə üzrə maksimum cəza 30 min rubl (təxm. 650 man) inzibati cərimədir.

Bonya Telegram kanalında bildirib ki, bu işin onunla heç bir əlaqəsi yoxdur.

“Mənim bir domenim var idi, biz ondan istifadə etməyi dayandırdıq və o, daha sonra orada hər cür iyrənc əşyalar satanlar tərəfindən ələ keçirildi. Bütün hekayə budur”, – o yazıb.

Xuraman Etibarlı

İnterpress.az