“The Jerusalem Post”un İDDİASI: HƏMAS yaraqlıları Türkiyədə PUA təlimi keçirbackend

“The Jerusalem Post”un İDDİASI: HƏMAS yaraqlıları Türkiyədə PUA təlimi keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS yaraqlıları Türkiyədə mülki şəxs adı altında təlim keçir.

İnterpress.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Nəşrin öz mənbələrinə istinadən yaydığı məlumata görə, HƏMAS təşkilatı öz yaraqlılarını hazırlamaq üçün Türkiyə ərazisindən istifadə edir.

Bildirilir ki, mülki geyimdə olan yaraqlılar mütəmadi olaraq ictimai atıcılıq klublarında məşq edirlər.

Bununla yanaşı, onlar sertifikatlı kurslarda iştirak edərək pilotsuz uçuş aparatlarının (PUA) idarə olunması üçün Türkiyə lisenziyaları əldə edirlər.

Qeyd olunur ki, bu təlimlərin əsas məqsədi hazırlıq keçmiş şəxslərin daha sonra Livan, İordan çayının qərb sahili və İordaniyaya göndərilməsidir.

Sözügedən ərazilər İsraillə qarşıdurmanın potensial gələcək cəbhələri kimi nəzərdən keçirilir.

Rəsmi Ankara hələlik bu iddialarla bağlı açıqlama verməyib.

Xuraman Etibarlı

İnterpress.az