TikTok ABŞ hökumətini söz azadlığını pozmaqda İTTİHAM ETDİ: “Bu, utancvericidir”backend

TikTok ABŞ hökumətini söz azadlığını pozmaqda İTTİHAM ETDİ: “Bu, utancvericidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TikTok rəhbərliyi ABŞ-də sosial şəbəkəyə mümkün qadağanın söz azadlığını pozduğunu bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” mlumat yayıb. Bildirilir ki, TikTok rəhbərliyi ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilən və qanunvericilərə ştatlarda platformanı qadağan etmək imkanı verən qanun layihəsini söz azadlığının pozulması adlandırıb.

“Nümayəndələr Palatasının Böyük Xarici və Humanitar Yardım haqqında qanun layihəsini ört-basdır etmək üçün 170 milyon amerikalının söz azadlığını pozacaq bu təşəbbüsü istifadə etməsi utancvericidir”, – bəyanatda deyilir.

Xatırladaq ki, aprelin 20-də ABŞ Nümayəndələr Palatası ByteDance-a sahib olan Çin şirkəti bir il ərzində onu satmaqdan imtina edərsə, bu platformanın qadağan edilməsini mümkün edən qanun layihəsini qəbul edib.

Belə olan halda onun ölkədəki işi dayandırılacaq, “Apple” və “Google” proqramları sonradan yükləmək imkanı olmadan silmək məcburiyyətində qalacaqlar.

Xuraman Etibarlı

İnterpress.az