TikTok-da video yayımladığına görə ukraynalıya 5 il həbs cəzası verilib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
İlk hökm Odessada bir adama qarşı çıxarılıb. O, TikTok-da TTK (ərazi çağırış məntəqəsi, hərbi komissarlığın analoqu) əməkdaşlarının səfərbərlik aksiyaları keçirdikləri videonu yerləşdirib.
Nəticədə ukraynalı bir il sınaq müddəti olmaqla 5 il həbs cəzası alıb. Eyni zamanda həmin şəxs öz təqsirini etiraf edib və istintaqla əməkdaşlığa razı olduğu üçün məhkəmə cəzanı yüngülləşdirib.
Bundan əlavə, onun çəkiliş üçün istifadə etdiyi smartfonu da müsadirə olunub.
Xuraman Etibarlı
İnterpress.az