TikTok Qazaxıstan Mədəniyyət Nazirliyinin mümkün bloklama ilə bağlı bəyanatından təəccüblənib.
İnterpress.az xəbər verir ki, bununla bağlı TikTok rəhbərliyi məlumat yayıb.
“Biz çox təəccüblənirik ki, Qazaxıstan Mədəniyyət Nazirliyi TikTok-u bloklamaq imkanını nəzərdən keçirirş Çünki nazirlik Qazaxıstandakı bir çox təşəbbüslərimizi fəal şəkildə dəstəkləyir”, – TikTok bildirib.
Bundan əlavə, aprelin 19-da nazirliyin nümayəndəsi Almatıda keçirilən tədbirdə çıxış edərək TikTok-u mədəniyyətin və digər faydalı məzmunun təbliğinə kömək edən platforma kimi qiymətləndirib.
“Son aylarda kiçik istifadəçilərin təhlükəsizliyi ilə bağlı məzmunun silinməsi ilə bağlı heç bir sorğu almadıq. Bu fonda, həmçinin əməkdaşlığın uzun tarixini nəzərə alsaq, nazir Balayevanın bəyanatı qeyri-sabit görünür”, – şirkət qeyd edib.
Aprelin 22-də Qazaxıstanın mədəniyyət naziri Balayeva bəyan edib ki, ölkədə qanunsuz məzmunun artması səbəbindən TikTok-u bloklamaq məsələsi nəzərdən keçirilir.
Xuraman Etibarlı
İnterpress.az