TikTok tamamilə Rusiyaya qayıdıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, Çin sosial şəbəkəsi Rusiyada tam fəaliyyətini bərpa edib
İstifadəçilər indi yeni videolara baxmaq, həmçinin VPN, modlar və ya SİM kartı çıxarmadan öz videolarını yükləmək imkanı əldə ediblər.
Xatırladaq ki, TikTok Rusiya Silahlı Qüvvələrində saxtakarlığa qarşı qanuna görə 6 mart 2022-ci ildə ruslar üçün məzmun dərc etmək imkanını dayandırmışdı.
Xuraman Etibarlı
İnterpress.az