Türk mediası Gülənin ölümü haqqında məlumat yayıb.
İnterpress.az xəbər verir ki, Türkiyənin aparıcı qəzetlərindən olan “Türkiyə” FETÖ hərəkatının lideri Fətullah Gülənin vəfat etdiyini iddia edib.
Onun davamçısının hərəkatın liderlərindən biri Barbaros Kocakurt olduğu qeyd edilir.
Türkiyə hakimiyyəti FETÖ adlandırdıqları Fətullah Gülənin təşkilatını 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə əli olmaqda ittiham edir.
Türkiyədə terror təşkilatı kimi tanınıb.
Gülənin özü də son illərdə ABŞ-də yaşayıb.
Xuraman Etibarlı
İnterpress.az