Türkiyədə zəlzələ bölgəsində 8 min 248 kiçik sikkə aşkarlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hatayın Kırıkhan rayonunda qızıl olduğu zənn edilən 8 min 248 kiçik sikkənin olduğu evin sahibi ələ keçirilərək nəzarətə götürülüb.
Polislər Memar Sinan Məhəlləsindəki evində sikkə tapılan şübhəlinin ünvanında axtarış aparıb.
Axtarış zamanı qızıl hesab edilən 8 min 248 kiçik pul, 15 sikkə, 2 üzük formalı sırğa, 4 üzük parçası, həssas tərəzi və narkotik vasitələr götürülüb.
Şübhəli ev sahibi saxlanılıb.