Ukrayna Ali Radasının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edibbackend

Ukrayna Ali Radasının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ali Radasının nümayəndələri Bakıda Şəhidlər Xiyabanını ziyarət edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev sosial şəbəkə hesabında məlumat verib.

“Ukrayna Ali Radasının Vitse-spikeri Olena Kondratyuk, onun müşaviri, Ukraynanın Azərbaycandakı keçmiş səfiri Oleksandr Mişenko ilə birlikdə Şəhidlər Xiyabanına ziyarət edərək, 20 Yanvar 1990-cı il hadisələri zamanı Azərbaycanın müstəqilliyinin bərpası uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad etdik.

Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin rəhbərliyi ilə də görüşdük, ölkə parlamentində, Milli Məclisdə, hökumətdə yüksək səviyyəli görüşlərə hazırlaşırıq. Sabah Bakıda Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi adından iştirak edəcəyim VI Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Prezident Volodimir Zelenskinin Sülh Formulasından və bütün səviyyələrdə Ukraynaya gələcək dəstəkdən danışacağıq”, – səfir paylaşımında qeyd edib.