Ukrayna Belarusa rahat zərbə endirə bilər.
İnterpress.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib. O bildirib ki, Ukrayna Belarus Respublikası ərazisinə asanlıqla zərbə endirə bilər.
Bir gün əvvəl Minsk qeyd edib ki, Ukrayna ilə həmsərhəd Qomel vilayəti hərbi vəziyyətə salınmağa hazırdır.
Respublikada həmçinin Rusiya Aerokosmik Qüvvələrinin hücum helikopterləri və Su-24M ön xətt bombardmançılarının iştirak etdiyi birgə HHQ və HHM təlimləri keçirilib.
Xuraman Etibarlı
İnterpress.az