Qroznıda Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis alayının kazarmaları üzərində pilotsuz təyyarə vurulub, 4 hərbçi xəsarət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çenistan rəhbəri Ramzan Kadırov teleqram kanalında bildirib. O, xüsusi təyinatlı polis alayının kazarmalarına dron hücumu barədə məlumat verib
Kadırov bildirib ki, hücum nəticəsində dörd mühafizəçi yüngül xəsarət alıb.
“Dron Daxili İşlər Nazirliyinin Axmat Kadırov adına xüsusi təyinatlı polis alayının kazarmaları üzərində vurulub”, – Kadırov deyib.
Xuraman Etibarlı
İnterpress.az