Ukraynada sürücü sənəd yoxlayan polisi öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Ukraynanın Xmelnitski vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı hücum baş verib.
Hadisə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş sürücünün sənədlərinin yoxlanılması zamanı qeydə alınıb.
Atışma nəticəsində bir polis əməkdaşı həlak olub. Hadisəni törədən şəxsin yaxalanması üçün vilayətdə “İntersept” (ələ keçirmə) planı tətbiq edilib və genişmiqyaslı əməliyyatlara başlanılıb.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən cinayətkarın yeri müəyyən edilməyə çalışılır, ərazi mühasirəyə alınıb.
Xuraman Etibarlı
İnterpress.az






