“Ukraynada nəinki hakimiyyət dəyişikliyi baş verəcək, hətta Zelenski həbs oluna bilər” – ŞƏRHbackend

“Ukraynada nəinki hakimiyyət dəyişikliyi baş verəcək, hətta Zelenski həbs oluna bilər” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları Ukrayna prezidenti postunda Volodimir Zelenskiyə alternativ tapmaq üçün səylərini gücləndirib. ABŞ Zelenskinin mümkün dəyişməsi ilə bağlı Poroşenko, Kliçko, Yermak, Zalujnı ilə əlaqə saxlayır.

Rusiya Xarici Kəşfiyyat Xidməti bildirir ki, Kiyev üçün cəbhədəki vəziyyət kəskin pisləşərsə, bu şəxslərə tələbat yarana bilər. Bu da Ukrayna liderinin təcili dəyişdirilməsini tələb edir.

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını politoloq Turan Rzayev və hərbi jurnalist Səxavət Məmməd cavablandırıb.

Politoloq Turan Rzayev hesab edir ki, Ukraynada hakimiyyət dəyişikliyi olmayacaq.

“Ukrayna prezidenti Volodimir Zelenskinin indiki məqamda dəyişdirilməsi, həm də bunun Qərb tərəfindən başlanılması inandırıcı deyil.

Nəzərə almaq lazımdır ki, Zelenski bu günə qədər Ukraynanın başına gəlmiş Qərbpərəst liderlər içərisində ən uğurlu seçimdir. Yəni faktiki olaraq Rusiyanı zəiflətməyi bacaran, Ukrayna müharibəsinə sürükləməyi bacaran yeganə liderdir. Ola bilər ki, bu gün Qərbin tələblərini və ya gözləntilərini doğrultmur.

Qeyd etdiyimiz alternativ şəxslər də Zelenskini əvəz edə biləcək şəxslər deyil. Xüsusilə də Poroşenkonun liderliyini görmüşük və bu dövr o qədər uğurlu olmadı. Zelenskinin etdiyini Poroşenko edə bilmədi.

Bu baxımdan da mən Zelenskinin əvəzlənəcəyini düşünmürəm.

Təbii ki, Zelenski özü yenidən prezident seçilmək istəməzsə, bu zaman fərqli ssenarilərr baş verə bilər və onu əvəzləyəcək şəxslər gündəmə gələ bilər. Amma indiki məqamda Zelenskidə bu barədə heç bir şey deməyib.

Hesab edirəm ki, hələ biz onu bir müddət Ukrayna rəhbəri kimi görəcəyik. Yəni əgər seçkiyə getsə, Zelenski özü seçiləcək.

Getməsə, bu zaman artıq Qərb B planını işə salacaq və qeyd olunan şəxslərin namizədliyini irəli sürərək onların arasında seçim edəcək”, – politoloq vurğulayıb.

Ukraynada ABŞ-nin mümkün hakimiyyət dəyişikliyi etməsinə çalışması ilə bağlı hərbi jurnalist Səxavət Məmmədin fikirləri isə tamamilə fərqli olub. 

“Rusiyanın Ukrayna ilk hücumu zamanı, ümumiyyətlə, təklif olmuşdu ki, Zelenski ölkədən çıxsın, ölkədə qalmasın. Amma Zelenski bir qərar vermişdi ki, ölkədə qalacaq, mübarizə aparacaq və s.

Təbii ki, müharibənin ilk dönəmində hər kəs gözləyirdi ki, Rusiya iqtisad cəhətdən çökəcək, çox ciddi problemlərlə üzləşəcək. Rus ordusu da əslində, ciddi şəkildə müharibə apara bilmirdi. Burada nizam-intizamsızlıq var idi, orduda rüşvət və korrupsiya faktları var idi və faktiki olaraq ordu dağınıq hərəkət edirdi.

Rusiya müharibə gedə-gedə 2 il ərzində konkret olaraq ordusunu reform elədi və artıq son dərəcə agressivləşib və istədiyinə hər gün nail olmaq üçün hücumlarının sayını artırmaqdadır.

Rus ordusu faktiki üç istiqamətdən hücum gerçəkləşdirir hazırda, ballistik raketlərdən istifadə edir və agressiv davranır son dönəmlər və bu da təbii ki, Qərbin gözündən qaçmır.

Ümumiyyətlə, Qərb analitikləri son günlər belə bir informasiya verirlər ki, əvvəllər gözləyirdilər ki, Rusiyanın silah sənayesi inkişaf etməyəcək, Qərbin silah sənayesi daha yaxşı səviyyəyə gəlib çıxacaq və Rusiya heç bir addım ata bilməyəcək. Amma indi özləri etiraf edirlər ki, gözləntilərin əksinə olaraq Rusiyanın silah sənayesi daha güclü inkişaf edib.

Demək olar ki, Rusiya Qərbdən daha çox mərmi, daha çox tank və daha çox texnikalar istifadə edir. Bu da təbii ki, müharibənin gedişiminə təsir edir. Qərb ölkələri açıq şəkildə milyardlarla pul yatırırlar bu işə və görürlər ki, nəticə əldə eləməyəcəklər. Bu da dolayısı ilə gətirib nəyə çıxarır?

Belə informasiyalar yayılıb ki, Ukraynada hakimiyyət çevrilişi baş verəcək və Zelenskini sıradan çıxartmağa çalışacaqlar. Yeri gəlmişkən, Xarkovda biz rusların daha çox yaşadığını bilirik, Xarkovda da aksiyaların keçirilməsi ilə bağlı informasiyalar var, sadəcə olaraq bunu Ukrayna mediası yayımlamır.

Qərb də artıq görür ki, bu məsələ Zelenski ilə getməyəcək. Ümumiyyətlə, mən müharibə başlayandan bildirirdim ki, müharibənin sonunda, Putin və Zelenski ikisi də qalmayacaq. Yəni bunlardan ikisindən biri mütləq şəkildə gedəcək”, – Səxavət Məmməd bildirib.

O əlavə edib ki, hətta Zelenskinin həbs olunması gözlənilir.

“Hətta informasiyalar var ki, Zelenski həbs oluna bilər. Rusiya Xüsusi Xidmət Orqanları bu yöndə çox ciddi işləyir və bununla bağlı dəqiq informasiyalar var.

Onsuz da ukraynalı analitiklər artıq etiraf edirlər ki, Qərb onları oyuna gətirib və konkret olaraq Rusiyanın qarşısında yem kimi istifadə edir.

Bu deməkdir ki, artıq hər kəs hər şeyi anlayıb və günah keçisi kimi Zelenskini göstərməyə çalışacaqlar.

Ümumiyyətlə, Ukraynanın daxilində keçirilən sorğular da onu göstərir ki, Zelenskinin reputasiyası, reytingi son dərəcə aşağı düşüb.

Nə baş verəcəyini konkret olaraq demək çətindir. Amma bu yöndə işlərin getməsilə bağlı ciddi mənbələr, informasiya yayılır.

Hesab edirəm ki, bu yöndə fəaliyyət artacaq, necə ki, Rusiya Cürcüstanda da bu fəaliyyətə keçib və Cürdistanla da bağlı bu tip addımları atır.

Xatırlayaq ki, Saakaşvili Rusiyaya qarşı çıxdı, Rusiya ilə döyüşməyə çalışdı və faktik olaraq həbsdədir.

Bir çoxlar da bildirirlər ki, Zelenskinin sonu SaakaŞvili kimi ola bilər, buna həm də Paşinyanı da əlavə edirlər”, – jurnalist fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az