Ukraynada SƏSLİ-KÜYLÜ HƏBS: Andrey Yermaka qarşı rəsmi ittiham İRƏLİ SÜRÜLDÜbackend

Ukraynada SƏSLİ-KÜYLÜ HƏBS: Andrey Yermaka qarşı rəsmi ittiham İRƏLİ SÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Ofisinin sabiq rəhbəri Andrey Yermak çirkli pulların yuyulmasında şübhəli bilinir.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Ukrayna Prezidenti Ofisinin sabiq rəhbəri Andrey Yermaka Kiyev yaxınlığındakı elit mənzillərin tikintisi zamanı 460 milyon qrivna (təxminən 17.800.000 manat) və ya 770 milyon rubl (təxminən 16.940.000 manat) məbləğində çirkli pulların yuyulması ilə bağlı rəsmi şübhəli şəxs olması barədə bildiriş təqdim edilib.

İş korrupsiyaya qarşı mübarizə aparan qurumlar – Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) tərəfindən aparılır.

Keçmiş məmurun cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə məşğul olan mütəşəkkil qrupun iştirakçısı olduğu hesab edilir.

Məlumata görə, Yermakın olduğu “Mercedes” markalı avtomobil düz Kiyevin mərkəzində saxlanılıb, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış tədbirləri həyata keçiriblər.

Yermak SAP-ın irəli sürdüyü şübhə barədə şərh verməkdən imtina edib:

“Mənim heç bir evim yoxdur, yalnız bir mənzilim və gördüyünüz bir avtomobilim var”.

Hazırda Kiyevdə Bankova küçəsi və hökumət binalarına bitişik digər küçələr tamamilə bağlanıb.

Xuraman Etibarlı

İnterpress.az