Bağça uşağı oyun meydançasında qumluqda qızıl zinət əşyaları, gümüş sikkələr və 6000 avro tapıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Almaniyanın Berlin şəhərindəki uşaq bağçalarından birinin tərbiyəçisi və uşaqlar oyun meydançasında əsl xəzinə aşkar ediblər.
Qumda oynayan azyaşlı uşaq torpağı qazarkən qızıl zinət əşyaları, gümüş sikkələr, bahalı saatlar, kiçik qızıl külçələr və 6000 avro (təxminən 11 100 manat) nağd pul tapıb. Bütün qiymətli əşyalar kolluğun altındakı torpağa basdırılmışdı.
Tərbiyəçi dərhal uşaqlardan birinin atası ilə birlikdə tapılanları yığaraq polisə məlumat verib. Hüquq-mühafizə orqanları hazırda qiymətli əşyaların oğurlanmış olub-olmadığını araşdırır.
İlkin yoxlamalara görə, tapılanlarla bağlı hələlik bazalarda heç bir uyğunsuzluq qeydə alınmayıb.
Polis oyun meydançasına gələn ziyarətçiləri kolluqlara daha diqqətli yanaşmağa çağırıb.
Tapılan xəzinənin kimə məxsus olduğu və hansı yolla oraya basdırıldığı hələlik sirr olaraq qalır.

Xuraman Etibarlı
İnterpress.az






