ÜST: “4 koronavirus xəstəsindən 3-ü lazımsız antibiotik qəbul edib”backend

ÜST: “4 koronavirus xəstəsindən 3-ü lazımsız antibiotik qəbul edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dörd COVID-19 xəstəsindən 3-ü lazımsız antibiotik qəbul edib.

İnterpress.az xəbər verir ki, ÜST ekspertləri 2020-ci ildən 2023-cü ilə qədər 65 ölkədən koronavirus infeksiyası səbəbindən xəstəxanaya yerləşdirilən 450 min xəstə haqqında məlumatları təhlil ediblər.

Dünyanın hər yerindən həkimlər onların müalicəsi haqqında məlumatları Qlobal COVID-19 Klinik Məlumat Hesabat Platformasına yükləyiblər.

Bu məlumatların öyrənilməsinin nəticələri aprelin sonunda illik Avropa Kliniki Mikrobiologiya və Yoluxucu Xəstəliklər Konqresində təqdim olunub.

Əsas nəticə ondan ibarətdir ki, COVID-19 pandemiyası zamanı bütün dünyada antibakterial dərmanlardan əhəmiyyətli dərəcədə sui-istifadə halları baş verib.

Hesabatın müəllifləri müəyyən ediblər ki, COVID-19 ilə xəstəxanaya yerləşdirilən insanların yalnız 8 faizində bakterial mikrofloranın diaqnozu qoyulub.

Bununla belə, bir çox həkimlər öz vəziyyətlərində lazımsız olan xəstələrə antibiotiklər təyin edirdilər – orta hesabla dörd xəstədən üçü dərman qəbul edirdi (təxminən 75%).

Reseptin təyinedilmə tezliyi bölgələrə görə dəyişirdi. Məsələn, Qərbi Sakit okean regionunda 33%-dən Şərqi Aralıq dənizi və Afrikada 83%-ə qədər.

Ən tez-tez – 81% hallarda – antibiotiklər ağır koronavirus infeksiyası olan xəstələrə və vəziyyəti ağır olanlara təyin edilib. Afrika Bölgəsində yüngül və orta ağır COVID-19 üçün antibiotiklər daha tez-tez təyin edilib (halların 79%-i).

ÜST mütəxəssisləri antibiotiklərin təyin edilməsinin COVID-19 xəstələrinin klinik nəticələrini yaxşılaşdırmadığını vurğulayıblar. Eyni zamanda, onların istifadəsi dünyada antibiotiklərə qarşı müqavimətin yayılma ehtimalını artırıb.

Xuraman Etibarlı

İnterpress.az