Vaşinqton Kiyevin Rusiyanın dərinliklərinə hücumundan narahatdır – “New York Times”backend

Vaşinqton Kiyevin Rusiyanın dərinliklərinə hücumundan narahatdır –  “New York Times”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqton Kiyevin Rusiyanın raket xəbərdarlığı sistemlərinə hücumundan narahatdır.

İnterpress.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Adı açıqlanmayan amerikalı məmurun sözlərinə görə, ABŞ Bayden administrasiyasının Ukrayna Silahlı Qüvvələrinə Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək imkanını nəzərdən keçirir. Belə bir şəraitdə ABŞ Ukraynaya münaqişənin mümkün destabilləşdirilməsinə işarə edir.

“Bu obyektlər Ukraynaya qarşı hərbi əməliyyatlarda Rusiyaya dəstək verməkdə iştirak etmir. Lakin onlar həssas ərazilərdir. Çünki Rusiya bunu strateji çəkindirici qüvvələrə hücum hesab edə bilər”, – nəşrin həmsöhbəti bildirib.

Xuraman Etibarlı

İnterpress.az